İdman

Messinin komandası mövsümün ilk oyununda böyük hesabla uduzdu - VİDEO

22 Feb 2026, 09:48 1 baxış
Messinin komandası mövsümün ilk oyununda böyük hesabla uduzdu - VİDEO
MLS-in müntəzəm mövsümünün 1-ci turunun "Los-Anceles" və "İnter Mayami" klubları arasındakı oyunu baş tutub. Oxu.Az xəbər verir ki, meydan sahibləri görüşdə 3:0 hesabı ilə qalib gəliblər.
+ видео Qaliblərin heyətində qolları David Martines, Deni Buanqa və Natan Ordas vurublar. Son Hın Min öz hesabına məhsuldar ötürmə yazdırıb. Qonaqların start heyətində Lionel Messi və Rodriqo De Paul yer alıblar. Hər iki futbolçu bütün oyunu meydanda keçirib, lakin məhsuldar hərəkətlərlə yadda qalmayıblar. Luis Suares isə meydana ehtiyat oyunçular skamyasından daxil olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər