İdman

Azərbaycanlı bacı-qardaş Dünya Kubokunda FİNALA ÇIXDI

21 Feb 2026, 16:04 1 baxış
Azərbaycanlı bacı-qardaş Dünya Kubokunda FİNALA ÇIXDI
Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun təsnifat mərhələsi davam edir. Oxu.Az xəbər verir ki, batut gimnastikası üzrə fərdi yarışlarda iki azərbaycanlı idmançı finala vəsiqə qazanıb. Gimnastikanın bu növü üzrə kişilər arasında fərdi yarışlarda Maqsud Mahsudov, qadınlar arasında fərdi yarışlarda isə Selcan Mahsudova finala vəsiqə qazanıblar. Qeyd edək ki, Maqsud və Selcan bacı-qardaşdır. Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun final yarışları sabah keçiriləcək. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər