İdman

UEFA “Qarabağ”ı böyük məbləğdə cərimələdi: Bilet...

21 Feb 2026, 15:27 1 baxış
UEFA “Qarabağ”ı böyük məbləğdə cərimələdi: Bilet...

UEFA İntizam Komitəsi “Qarabağ” klubunu 17500 avro cərimələyib.


Axar.az xəbər verir ki, buna səbəb azarkeşlərin UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən oyunda səsləndirdiyi şüarlar olub.


Belədə, Ağdam təmsilçisi “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17 500 avro məbləğində cərimələnib. Bundan əlavə, “Qarabağ”ın bilet nəzarəti qaydalarını da pozduğu bildirilir.


Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər