İdman
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilir
21 və 22 fevral tarixlərində Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilir. Oxu.Az xəbər verir ki, kubokda altı ölkədən ümumilikdə 66 gimnast iştirak edir. Yarışın ilk günündə təsnifat mərhələsi, ikinci gündə isə finallar baş tutacaq. Batut gimnastikası üzrə idmançılar fərdi - qadınlar və kişilər, sinxron - qadınlar, kişilər və qarışıq proqramlarda çıxış edəcəklər. Ölkəmizi batut gimnastikasında Maqsud Mahsudov, Hüseyn Abbasov, İbrahim Mustafazadə, Nicat Mirzəyev, Fərhad Vəliyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, Ayan Şabanova təmsil edəcəklər. Tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov birincilik uğrunda yarışacaqlar.
{{gallery}} Murad Nəsimi
{{gallery}} Murad Nəsimi
Mənbə
oxu.az