İdman
Misli Premyer Liqası: "Karvan-Yevlax" - "Araz-Naxçıvan"la qarşılaşır
Bu gün Misli Premyer Liqasında XXI turun növbəti oyunu keçiriləcək. Oxu.Az xəbər verir ki, turun tək qarşılaşmasında "Karvan-Yevlax" - "Araz-Naxçıvan" ilə üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:30-da çalınacaq. Qeyd edək ki, bu gün XXI turun "Neftçi" və "Qarabağ" komandaları arasında keçirilməli olan oyunu təxirə salınıb. Misli Premyer Liqası II dövrə, XXI tur 21 fevral 14:30, "Karvan-Yevlax" - "Araz-Naxçıvan" Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev. VAR: Tural Qurbanov. AVAR: Şirmamed Mamedov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Nəriman Axundov. Yevlax şəhər stadionu.
Mənbə
oxu.az