İdman

Norveç Qış Olimpiya Oyunlarında öz rekordunu yenilədi

20 Feb 2026, 22:48 1 baxış
Norveç Qış Olimpiya Oyunlarında öz rekordunu yenilədi
Norveç yığması bir Qış Olimpiya Oyunlarında qazanılan qızıl medalların sayına görə öz rekordunu yeniləyib. Oxu.Az bu barədə RBC-ya istinadən xəbər verir. Fevralın 20-də bioatlonçu Yohannes Dale 15 km məsafəyə kütləvi yarışda qalib gələrək yığmaya 2026-cı il Oyunlarında 17-ci qızıl medalı qazandırıb. Beləliklə, Norveç bir Qış Olimpiadasında qazanılan qızıl mükafatların sayına görə özünə aid dünya rekordunu təzələyib. 2022-ci ildə Pekində norveçlilər 16 qızıl medal qazanmışdılar ki, bu da həmin vaxt tarix boyu ən yaxşı nəticə idi.
Mənbə oxu.az

Oxşar Xəbərlər