İdman

"Turan" "Zirə"yə qalib gəldi, "Qəbələ" Sumqayıtda...

20 Feb 2026, 20:10 1 baxış
"Turan" "Zirə"yə qalib gəldi, "Qəbələ" Sumqayıtda...

Futbol üzrə Misli Premyer Liqasında XXI tura start verilib


Axar.az xəbər verir ki, açılış oyununda "Zirə" "Turan Tovuz"un qonağı olub. "Azərsun Arena"da keçirilən görüş Tovuz klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Hər iki qol birinci hissədə vurulub. Görüşün 11-ci dəqiqəsində Filip Ozobiç fərqlənib. Səkkiz dəqiqə sonra isə Jorje Silva ikinci qola imza atıb.


Xallarını 37-yə çatdıran bölgə təmsilçisi 3-cü pilləyə yüksəlib. “Qartallar” isə 35 xalla 4-cü yerdədir.


Qeyd edək ki, günün digər matçı Sumqayıtda eyniadlı komanda ilə “Qəbələ” arasında keçirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər