İdman

Azərbaycanda bir federasiyanın adı dəyişdirildi

20 Feb 2026, 15:40 1 baxış
Azərbaycanda bir federasiyanın adı dəyişdirildi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası fəaliyyət istiqamətlərini genişləndirir. Oxu.Az xəbər verir ki, bununla bağlı federasiyanın ümumi yığıncağında müvafiq qərar qəbul olunub. Bildirilib ki, bu addım ölkəmizdə su idman növlərinin vahid platformada inkişafını təmin etmək, idarəetmədə çevikliyi artırmaq və beynəlxalq arenada daha effektiv təmsilçiliyə nail olmaq məqsədi daşıyır. Eyni zamanda populyarlığı artırmaq, kütləviliyi təmin etmək, yeniyetmə və gəncləri cəlb etmək əsas prioritetdir. Müvafiq olaraq federasiyanın adı dəyişdirilərək Azərbaycan Su İdmanı növləri Federasiyası (Azerbaijan Water Sports Federation) adlandırılacaq.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər