İdman

Azərbaycan UEFA əmsallar cədvəlində mövqeyini itirdi

20 Feb 2026, 10:20 1 baxış
Azərbaycan UEFA əmsallar cədvəlində mövqeyini itirdi
Azərbaycan UEFA-nın əmsallar cədvəlində mövqeyini itirərək bir pillə aşağı düşüb. Oxu.Az xəbər verir ki, avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra təmsilçimiz geriləyərək 27-ci sıraya enib. Aktivində 22.937 xal olan Azərbaycanı bu siyahıda Sloveniya (23.343) qabaqlayıb. Siyahının 25-ci pilləsində qərarlaşan Ukraynanın aktivində isə 24.412 xal mövcuddur. Xatırladaq ki, reytinq siyahısının zirvəsində 112.352 əmsalla İngiltərə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər