İdman
Misli Premyer Liqası: XXI tura start verilir
Bu gün Misli Premyer Liqasında XXI tura start verilir. Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutacaq. Günün ilk oyununda "Turan Tovuz" "Zirə" ilə üz-üzə gələcək. "Azersun Arena"da baş tutacaq oyunun start fiti saat 17:00-da çalınacaq. Günün son görüşündə isə "Sumqayıt" doğma meydanda "Qəbələ"ni qəbul edəcək. Bu qarşılaşma 19:30-da başlayacaq. Misli Premyer Liqası II dövrə, XXI tur 20 fevral 17:00. "Turan Tovuz" - "Zirə" Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov VAR: Kamranbəy Rəhimov AVAR: Müslüm Əliyev Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: İlham Əliyev "Azersun Arena". 19:30. "Sumqayıt" - "Qəbələ" Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov VAR: Cavid Cəlilov AVAR: Eyyub İbrahimov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Eldəniz Musayev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Mənbə
oxu.az