Digər
Trampın təyyarələri sevdiyi rənglərə boyanır
ABŞ Prezidenti Donald Trampın istifadə etdiyi prezident donanmasına daxil olan bütün təyyarələr yeni rəng sxeminə uyğun boyanacaq.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, təyyarələr ABŞ liderinin sevdiyi tünd mavi, qırmızı və qızılı rənglərlə boyanacaq. Dəyişikliklər prezidentin əsas təyyarəsi olan “Bir nömrəli təyyarə” ilə yanaşı, prezident donanmasına daxil olan digər hava nəqliyyat vasitələrinə də şamil olunacaq.
Mənbə
axar.az