Dünya
Pakistan Əfqanıstana yaşıl işıq yandırdı: Humanitar dəhliz açıldı
Pakistan humanitar yardım daşıyan 724 yük maşınının "Torxam" sərhəd-keçid məntəqəsindən Əfqanıstana keçməsinə icazə verib. Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Pakistandakı humanitar məsələlər üzrə koordinatoru Məhəmməd Yəhya məlumat verib. "724 ağır yük maşınından ibarət humanitar karvanın Pakistandan Əfqanıstana keçməsi sərhədin uzun müddət bağlı qaldığı və humanitar böhranın dərinləşdiyi bir şəraitdə ehtiyacı olan ailələr üçün həyati əhəmiyyətli dəstək oldu", - deyə Yəhya "X" sosial şəbəkəsində yazıb. Yəhya Pakistan hökumətinə və humanitar dəhlizin fəaliyyətini təmin edən hər kəsə təşəkkür edib. Pakistan 2024-cü ilin oktyabrında silahlı toqquşmalar və iki ölkə arasındakı sərhəd boyunca təhlükəsizlik sahəsində gərginliyin artmasından sonra Əfqanıstanla sərhəddəki bütün keçid məntəqələrini bağlamışdı. Bu qərar Əfqanıstan yüklərinin Pakistanın Kəraçi limanı vasitəsilə tranzitində də fasilələrə səbəb olmuşdu.
Mənbə
oxu.az