Dünya

Tramp "Fox News"a QƏZƏBLƏNDİ: "Həmişə mənfi mövzular seçir"

17 Aug 2026, 01:24 2 baxış
Tramp "Fox News"a QƏZƏBLƏNDİ: "Həmişə mənfi mövzular seçir"
ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalının aparıcısı Şennon Brimi tənqid edərək onun verilişində hökumətinin uğurlarının deyil, mənfi mövzuların ön plana çıxarıldığını bildirib. Oxu.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" səhifəsində yazıb. O bildirib ki, Brim həmişə mənfi qonaqlar, qrafiklər və sorğular seçir və administrasiyasının gördüyü işlərdən danışmır. Tramp öz administrasiyasının sərhədlərə nəzarət, iqtisadiyyat, hərbi sahə, cinayətkarlıq və dərman qiymətləri ilə bağlı bir sıra nailiyyətlər əldə etdiyini iddia edib. Tramp həmçinin "Fox News"un digər aparıcıları, o cümlədən Kris Uolles və Xuan Uilyams barədə də tənqidi fikirlər səsləndirib. "Şennonun verilişi yarıtmaz vəziyyətdədir", - deyə Tramp yazıb. O həmçinin Respublikaçılar Partiyasının böyük hissəsinin MAGA hərəkatını dəstəklədiyini iddia edərək Şennon Brimin reytinqlərinin yaxın vaxtlarda aşağı düşəcəyini bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər