Cəmiyyət

Xocəsəndə dörd gündür su yoxdur: Sakinlər çarəsiz qalıblar - VİDEO

17 Aug 2026, 01:36 1 baxış
Xocəsəndə dörd gündür su yoxdur: Sakinlər çarəsiz qalıblar - VİDEO
Binəqədi rayonunun Xocəsən qəsəbəsində dörd gündür su problemi yaşanır. Qəsəbə sakinlərinin sözlərinə görə, əraziyə içməli su verilmir, onlar yalnız bulaqdan su götürərək ehtiyaclarını çətinliklə təmin edirlər. Şikayətçilər Baku TV-yə bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həlli istiqamətində hər hansı addım atılmayıb: "Dörd gündür ərazimizə içməli su verilmir. Dəfələrlə "Azərsu"ya müraciət etsək də, bizə rəsmi və dəqiq məlumat verilməyib".
Mənbə oxu.az

Oxşar Xəbərlər