Dünya

Türkiyədə avtobus yük maşını ilə toqquşub: Bir ölü, 15 yaralı

17 Aug 2026, 01:12 1 baxış
Türkiyədə avtobus yük maşını ilə toqquşub: Bir ölü, 15 yaralı
Hatayda işçiləri daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, qəza Erzin-Ceyhan yolunun Burnaz ərazisində baş verib. "Toros Tarım" müəssisəsindən çıxan işçiləri daşıyan mikroavtobus qarşı istiqamətdən gələn yük maşını ilə toqquşub. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və jandarma əməkdaşları cəlb ediliblər. Qəza nəticəsində tamamilə yararsız vəziyyətə düşən mikroavtobusdakı yaralılar yanğınsöndürənlərin köməyi ilə avtomobildən çıxarılıblar. Mikroavtobusda olan Mehmet Menteş adlı işçi hadisə yerində həyatını itirib, 15 yaralı isə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Menteşin meyiti hadisə yerində aparılan araşdırmalardan sonra morqa aparılıb. Məlumata görə, mikroavtobusdakı şəxslər podratçı şirkətdə çalışırmışlar və işdən sonra Dörtyol və Payas rayonlarındakı evlərinə qayıdırmışlar. Jandarma qəza ilə bağlı araşdırmaya başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər