Digər
Polşa Sülh Şurasında iştirak etməyəcək - Tusk
Polşa ABŞ Prezidenti Donald Trampın Sülh Şurasında iştirak etməyi nəzərdə tutmur. Polşa nümayəndəsi Vaşinqtona yalnız müşahidəçi kimi gedə bilər.
Axar.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
“Polşa Qəzza zolağına əsgərlərini göndərməyəcək. Bizim öz təhlükəsizlik problemlərimiz var. Hər kəs Polşa ordusunun nəyə diqqət yetirdiyini bilir.
Polşa Qəzzada inkişaf layihələrinin birgə maliyyələşdirilməsində maraqlı deyil. Pulumuz öz şəhərlərimizə investisiyalar üçün lazımdır”, - o bildirib.
Qeyd edək ki, 19 fevralda Vaşinqtonda Sülh Şurasının ilk iclası keçiriləcək.
Mənbə
axar.az