Digər
Ermənistandakı AB missiyasına yeni rəhbər təyin olundu
AB Şurası Satu Koivunu Ermənistandakı Avropa Birliyi missiyasının yeni rəhbəri vəzifəsinə təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə AB Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Koivu rəsmi olaraq yeni vəzifəsinin icrasına fevralın 20-də başlayacaq və Markus Ritteri əvəz edəcək.
Qeyd edək ki, Ermənistandakı AB missiyası 2023-cü ildə fəaliyyətə başlayıb.
Mənbə
axar.az