Digər
Nyu Yorkda kilsədə güclü partlayış: yaralılar var
ABŞ-ın Nyu York şəhəri yaxınlığındakı kilsələrdən birində güclü partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Tayms Nou Vorld” nəşri məlumat yayıb.
Partlayış nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, daha 13 nəfər isə tibbi yardıma ehtiyacı olduğunu bildirib.
Partlayışa səbəb kimi qaz sızması göstərilir.
Mənbə
axar.az