Digər

Hava hücumlarını dayandırmağa hazırıq - Zelenski

18 Feb 2026, 00:47 2 baxış
Hava hücumlarını dayandırmağa hazırıq - Zelenski

Cenevrədə üçtərəfli danışıqların birinci raundu başa çatdı. Ukrayna nümayəndə heyəti Amerika tərəfi ilə hava hücumlarından çəkinmək barədə razılaşmaya riayət etməklə bağlı əsas məsələni qaldırmağı planlaşdırır.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.


Onun sözlərinə görə, Ukrayna hava hücumlarını dayandırmağa və sülh razılaşmasına doğru irəliləməyə hazır olduğunu təsdiqləyir, lakin Rusiyadan aydın mövqe gözləyir:


"Ukrayna nümayəndə heyəti mütləq hava hücumlarının dayandırılması məsələsini qaldırmalıdır. Ukrayna hazırdır. Bizə müharibə lazım deyil".

Mənbə axar.az

Oxşar Xəbərlər