Digər

Ərdoğanın ardınca Miçotakis də BƏƏ-yə səfərini təxirə saldı

17 Feb 2026, 20:41 2 baxış
Ərdoğanın ardınca Miçotakis də BƏƏ-yə səfərini təxirə saldı

Yunanıstan Baş naziri Kiriakos Miçotakis Əbu-Dabiyə planlaşdırılan səfərini ləğv edib.


Axar.az xəbər verir ki, bu barədə qərar BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanın səhhəti ilə bağlı məlumatın yayılmasından sonra verilib.


Həmçinin Miçotakislə Nəhyan arasında telefon danışığı da baş tutub.


Qeyd edək ki, bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BƏƏ-yə səfəri Nəhyanın səhhətində yaranan narahatlıqla bağlı təxirə salınmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər