Siyasət

"Haber Global" telekanalı İlham Əliyevin Münhendə ikitərəfli görüşləri barədə reportaj hazırlayıb

15 Feb 2026, 16:22 2 baxış
"Haber Global" telekanalı İlham Əliyevin Münhendə ikitərəfli görüşləri barədə reportaj hazırlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün səfər etdiyi Almaniyada ikitərəfli görüşlər keçirib. Oxu.Az xəbər verir ki, "Haber Global" telekanalı bu barədə reportaj hazırlayıb.
Telekanalın səfər barədə hazırladığı süjetdə Prezidenti İlham Əliyevin konfrans çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşdüyü qeyd edilir. Bildirilir ki, Zelenski ilə görüş zamanı iki ölkə arasında enerji sektoru başda olmaqla, əməkaşlıq məsələləri müzakirə olunub. Zelenskinin Azərbaycanın Ukraynaya verdiyi humanitar dəstəyə görə İlham Əliyevə təşəkkür etdiyi vurğulanıb. Kallas ilə görüş zamanı isə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi məsələlərinin müzakirə oldunuğu bildirilir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq, bu xüsusda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi mühüm töhfələrə toxunulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər