Dünya
Britaniya qatarlarında "taxtabiti istilası": Maşinistlər reysə çıxmadılar
Böyük Britaniyanın London və Kent şəhərləri arasında marşrutlar həyata keçirən "Southeastern" dəmiryolu operatoru taxtabiti "istilası" ilə qarşılaşıb. Sürücülər qatarları hərəkət etdirməkdən imtina ediblər, bir neçə reys ləğv edilib. Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri məlumat verib. Məlumata görə, Hastinqs yaxınlığındakı "West Marina" deposunda qatarlarda taxtabitilərin olduğuna dair ilk məlumat sentyabrın 22-də qeydə alınıb. Sürücülər həşəratları iş yerlərində və şəxsi əşyalarında aşkar ediblər və bundan sonra yoluxmuş kabinəyə girməkdən imtina ediblər. Sürücülərdən biri bütün bədəni örtəcək kostyum istəyib. Bu cür kostyum tapılmadığı üçün iki reys ləğv edilib. Qatarlardan birini "Taxtabiti ekspressi" adlandırıblar, çünki qatar həşəratlar aşkar edildikdən sonra belə sərnişinləri daşımağa davam edib. Eyni zamanda da qeyd edilib ki, taxtabitilər sərnişin zonalarında aşkarlanmayıb.
Mənbə
oxu.az