Dünya
ABŞ və Rusiya arasında gizli gündəm: Danışıqlara milyardlıq neft müqaviləsi əlavə olunur
ABŞ administrasiyasının Ukraynadakı müharibənin dayandırılması ilə bağlı Rusiya ilə apardığı danışıqlara milyardlarla dollar dəyərində neft müqaviləsinin də daxil edilməsi nəzərdə tutulur. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Qəzetin məlumatına görə, danışıqlar genişmiqyaslı neft razılaşmasını da əhatə edəcək şəkildə genişləndirilib. Söhbət Rusiyanın LUKOIL şirkətinə məxsus olan və müxtəlif ölkələrdə yerləşən neft yataqları, emal zavodları və yanacaqdoldurma məntəqələrindən gedir. Razılaşmanın həyata keçirilməsi ABŞ hökuməti və Kremlin razılığından asılı olacaq.
Mənbə
oxu.az