Siyasət
Tarixi zərurətdən Zəfərə: YAP-ın yaranması və Azərbaycanın yeni siyasi reallığı
"1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis qurultayının keçirilməsi ölkənin mürəkkəb ictimai-siyasi və sosial-iqtisadi şəraitindən irəli gələn ictimai tələbatın siyasi təşkilatlanma formasına çevrilməsi idi". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, həmin dövrdə ölkəmizdə siyasi və iqtisadi böhran, iyirmi faizə yaxın ərazimizin işğal olunması, humanitar böhran, idarəetmədə səriştəsizlik və sosial gərginlik mövcud idi:
"Belə şəraitdə Heydər Əliyevin siyasi təcrübəsinə və dövlətçilik baxışlarına olan ictimai tələbat YAP-ın yaranmasını zəruri etdi. Əgər ümummilli lider hakimiyyətə daha əvvəl gəlsə idi, bütün bu fəlakətlər yaşanmazdı. YAP-ın sonrakı fəaliyyəti Heydər Əliyevin siyasi xəttinin əsasını təşkil edərək müstəqilliyin və dövlətçiliyin qorunması, iqtisadi müstəqilliyin təmin edilməsi, güclü hərbi potensialın formalaşdırılması və Azərbaycanın öz imkanlarından maksimum istifadə etməsi ən ümdə vəzifə kimi qarşıya qoyuldu. 1993-cü ildən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyi möhkəmləndirildi, iqtisadi inkişaf strategiyası formalaşdırıldı, Azərbaycanın beynəlxalq mövqeləri gücləndirildi və hərbi potensial davamlı şəkildə artırıldı. Heç bir himayə axtarmayan və buna ehtiyacı olmayan dövlətimiz məhz, daxili resursları, iqtisadiyyatının güclənməsi, diplomatik manevrlərini artırması nəticəsində öz gücünə hərbi-siyasi yolla torpaqlarını işğaldan azad etdi". Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsini işğaldan azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalamağa məcbur oldu: "20 sentyabr 2023-cü ildə isə Azərbaycanın keçirdiyi lokal antiterror tədbirlərindən sonra Qarabağ bölgəsində dövlət suverenliyi tam təmin edildi və ölkənin bütün ərazisində konstitusiya quruluşu bərpa olundu. Azərbaycan mürəkkəb geosiyasi şəraitdə, müxtəlif xarici aktorların mövqelərinin toqquşduğu bir mühitdə, öz milli maraqlarına əsaslanan siyasət həyata keçirərək ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail oldu. Bu proses beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinin praktiki icrasına dair dünyada yeni presedent yaratmış oldu".

Mənbə
oxu.az
Oxşar Xəbərlər