Dünya

Avstraliyada bu həşəratların artması alimləri sevindirdi

04 Oct 2026, 02:32 2 baxış
Avstraliyada bu həşəratların artması alimləri sevindirdi
Avstraliyanın cənub-şərqində boqonq güvələrinin sayının kəskin artması nəsli kəsilmək təhlükəsi ilə üzləşən bəzi canlı növlərinin bərpasına ümid yaradıb. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, qanad uzunluğu 5 santimetrə çatan boqonq güvələri son illərdə ciddi populyasiya azalması ilə üzləşib. Bu həşəratlar yaz aylarında Avstraliya Alp dağlarındakı mağaralara çatmaq üçün üç min kilometrədək məsafə qət edir. Bu il isə güvələr yenidən çox sayda ortaya çıxıb. Onların dəstələri Avstraliyanın şərq sahili boyunca, o cümlədən Yeni Cənubi Uels ştatının paytaxtı Sidneydə həyətlərə və evlərə dolub. Yeni Cənubi Uels parlamentinin Monaro bölgəsindən deputatı Stiv Van güvələrin geri qayıtmasını müsbət hal kimi qiymətləndirib. Onun sözlərinə görə, boqonq güvələri ekosistemdə mühüm rol oynayır, cırtdan opossumlar kimi yerli canlıların qidalanmasına kömək edir və evkalipt ağaclarını tozlandırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər