Dünya
ABŞ Federal Təhqiqatlar Bürosunun axtardığı haker İordaniyada ələ keçirildi
ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları barədə məlumatları oğurlamaqda şübhəli bilinən "ShinyHunters" haker qrupunun əsas üzvlərindən biri İordaniyada saxlanılıb. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, məsələ ilə tanış üç mənbə Seyf əl-Din Xaderin bu həftə İordaniya hakimiyyəti tərəfindən saxlanıldığını bildirib. Mənbələrdən ikisinin sözlərinə görə, Xader FTB ilə əməkdaşlıq edir və qrupun digər hakerlərinin müəyyənləşdirilməsinə kömək göstərir. Qurum konkret həbs və ya xaricdə aparılan əməliyyatla bağlı şərh verməyib. Bununla belə, büro "ShinyHunters" ilə əlaqələndirilən son kiberinsidenti araşdırdığını və tərəfdaşları ilə əməkdaşlıq edərək artıq bir neçə şəxsin saxlanılmasına nail olduğunu bildirib.
Mənbə
oxu.az