Dünya

Türkiyədə "Çirkinlər"ə qarşı əməliyyat: Saxlanılanlar var

04 Oct 2026, 02:08 3 baxış
Türkiyədə "Çirkinlər"ə qarşı əməliyyat: Saxlanılanlar var
Türkiyənin İstanbul şəhərində "Çirkinlər" adı ilə tanınan silahlı cinayət qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 5 şübhəli saxlanılıb. Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Bakırköy prokurorluğunun araşdırması zamanı qruplaşma üzvlərinin "Zen Pırlanta" şirkətinin sahiblərini xarici nömrələrdən göndərilən mesajlarla təhdid etdiyi və onlardan pul tələb etdiyi müəyyənləşib. İstintaq materiallarına görə, qruplaşma üzvləri şirkətin sahiblərindən Mehmet Diribaşın qaldığı hotelə də gediblər. Onlar hotel əməkdaşına Diribaşın şəxsi məlumatlarını verərək qruplaşmanın gücünü nümayiş etdirməyə və onu qorxutmağa çalışıblar. Həmin vaxt Diribaşın telefonuna xarici nömrələrdən təhdid mesajları göndərilib. Əməliyyat nəticəsində saxlanılan 5 şübhəlinin evlərində axtarış aparılıb. Axtarış zamanı çoxlu sayda narkotik vasitə və elektron tərəzi aşkarlanıb. Şübhəlilərin telefon və digər rəqəmsal materiallarının araşdırılması zamanı isə təhdid və qarət əməlləri ilə bağlı qruplaşma xarakterli yazışmalar müəyyən edilib. Polisdəki prosedurlar başa çatdıqdan sonra 5 şübhəli barəsində həbs qərarının çıxarılması üçün məhkəməyə göndəriliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər