Siyasət

İlham Əliyev: "Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq"

14 Feb 2026, 18:40 2 baxış
İlham Əliyev: "Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq"
"Biz artıq cəmi 6 aydır ki, sülh şəraitində yaşayırıq, inanın ki, bu, çox yaxşı və xüsusi hissdir, bütün Azərbaycan əhalisi bölüşür. Əminəm ki, Ermənistan xalqı da belə düşünür". Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münhendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə deyib. Dövlətimizin başçısının sözlərinə görə, bağlantılar və birləşdirici marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq ki, Azərbaycan, Gürcüstan və Ermənistan bir-biri ilə artıq üçtərəfli şəkildə əməkdaşlıq quracaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər