İdman

"Neftçi"nin futbolçusunun zədəsi barədə AÇIQLAMA

05 Feb 2026, 12:04 1 baxış
"Neftçi"nin futbolçusunun zədəsi barədə AÇIQLAMA
Misli Premyer Liqasının XVIII turunda keçirilən "Araz-Naxçıvan" - "Neftçi" oyununda zədələnən "Neftçi"nin futbolçusu Freddi Varqasın vəziyyətinə aydınlıq gəlib. Bu barədə klubun mətbuat xidmətindən Oxu.Az-a məlumat verilib. Bildirilib ki, futbolçunun ayağına yeddi tikiş qoyulub: "Freddi Varqasın ayağında dərisi cırıldığına görə yeddi tikiş qoyulub. Bu həftə fərdi məşqlərə başlayacaq. Növbəti həftədən isə komanda ilə birgə məşqlərdə iştirak edəcək". Qeyd edək ki, Varqas sarı vərəqə limitində olduğu üçün Premyer Liqanın növbəti turunda "Qəbələ"yə qarşı oyunda olmayacaq. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər