Dünya

Ermənistanda keçmiş deputat həbs edildi

14 Aug 2026, 01:48 2 baxış
Ermənistanda keçmiş deputat həbs edildi
İrəvan məhkəməsi Ermənistan parlamentinin keçmiş deputatı Martun Qriqoryanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib. Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Arsen Babayan bildirib. Siyasətçinin adı seçicilərin rüşvətlə ələ alınması ilə bağlı cinayət işi üzrə təqsirləndirilənlərin arasında keçir. O, avqustun 13-ü səhər saatlarında saxlanılmışdı. Qriqoryan iyundakı parlament seçkisində Çiçəklənən Ermənistan Partiyasının siyahısı üzrə iştirak edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər