İdman

"Barselona"nın hücumçusu PSJ-yə keçəcək

14 Aug 2026, 01:24 3 baxış
"Barselona"nın hücumçusu PSJ-yə keçəcək
Futbol üzrə 2026-cı il dünya çempionatının finalında qələbə qolunun müəllifi olan ispaniyalı Ferran Torres Fransanın PSJ klubuna keçəcək. Oxu.Az bildirir ki, bu barədə jurnalist Fabritsio Romano özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib. Mənbənin məlumatına əsasən, transferin məbləği 50 milyon avro təşkil edəcək. Romanonun bildirdiyinə görə, PSJ ilə 26 yaşlı Torresin 2022-ci ildən bəri çıxış etdiyi İspaniyanın "Barselona" klubu arasında razılaşma artıq imzalanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər