Dünya

Türkiyədən kosmosda TARİXİ ADDIM: İlk yerli aparat Aya göndəriləcək

14 Aug 2026, 02:31 1 baxış
Türkiyədən kosmosda TARİXİ ADDIM: İlk yerli aparat Aya göndəriləcək
Türkiyə 2027-ci ilin əvvəlində hibrid raket mühərriki ilə təchiz edilmiş ilk kosmik aparatını Aya göndərməyi planlaşdırır. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib. "2027-ci ilin ilk aylarında öz hibrid mühərrik sistemimizlə təchiz olunmuş Ay aparatımızı kosmosa buraxacağıq. Mühəndislərimiz, tədqiqatçılarımız və alimlərimiz yerli Ay aparatını hazırlayırlar. Buraxılış qrafiki artıq təsdiqlənib. Bütün sınaqlar uğurla başa çatıb", - deyə nazir bəyan edib. O, Türkiyənin raket texnologiyaları sahəsində mühüm imkanlara malik olduğunu bildirib. "Biz strateji addım atırıq və Somalidə öz kosmodromumuzu tikirik. Ümid edirəm ki, bu layihə də sürətlə başa çatacaq və Türkiyə öz kosmodromundan kosmosa öz peyklərini və kosmik aparatlarını buraxa biləcək", - deyə o qeyd edib. Kacır, həmçinin bildirib ki, Ankaradakı Orta Şərq Texniki Universitetinin nəzdində kosmik tədqiqatlarla məşğul olan bütün qurumların cəmləşəcəyi kosmik texnoparkın yaradılması planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər