İdman
Əfsanəvi Zanettinin oğlu "İnter"lə ilk peşəkar müqaviləsini imzalayıb - FOTO
İtaliyanın "İnter" klubunun əfsanəvi kapitanı Xavyer Zanettinin oğlu Tomas Zanetti "neradzurri" ilə ilk peşəkar müqaviləsini imzalayıb. Oxu.Az bildirir ki, bu barədə tanınmış jurnalist Nikolo Skira "İnter"in ofisindən foto paylaşaraq sosial şəbəkələrdə məlumat verib. Qeyd edək ki, Tomas Zanetti 2012-ci il təvəllüdlü futbolçudur. Xavyer Zanetti 1995-ci ildən 2014-cü ilədək "İnter"də çıxış edib, hazırda isə Milan klubunun vitse-prezidenti vəzifəsini tutur.
Mənbə
oxu.az