İdman

Fred "Fənərbağça"dan ayrıldı

14 Aug 2026, 01:00 1 baxış
Fred "Fənərbağça"dan ayrıldı
Braziliya A Seriyası klubu "Atletiko Mineyro" Fredin "Fənərbağça"dan transferi ilə bağlı razılıq əldə edib. Oxu.Az bildirir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesablarında məlumat verib. "Atletiko Mineyro" "Fənərbağça"ya iki milyon avro məbləğində transfer haqqı ödəyəcək, bonuslar isə 500 min avro təşkil edəcək. Müqavilənin müddətinin 3,5 il olması nəzərdə tutulub. 33 yaşlı yarımmüdafiəçi üç il əvvəl 9,7 milyon avro qarşılığında "Mançester Yunayted"dən "Fənərbağça"ya keçmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər