Dünya

Ukrayna Rusiyaya Qara dənizdə atəşkəs təklif edib

14 Aug 2026, 01:30 3 baxış
Ukrayna Rusiyaya Qara dənizdə atəşkəs təklif edib
Ukrayna Rusiyaya Qara dənizdəki mülki hədəflərə hücumları dayandırmaq təklifini təqdim edib. Oxu.Az bu barədə "Sky News"a istinadən xəbər verir. Bildirilir ki, Ukrayna tərəfi Moskvaya Qara dəniz akvatoriyasındakı mülki obyektlərə qarşılıqlı şəkildə zərbə endirməkdən imtina etmək təklifini göndərib. Hələlik Rusiyadan cavab gəlməyib. Bu təşəbbüs tərəflərin akvatoriyada taxıl daşımalarına və infrastruktura hücumlarla bağlı bir-birinə qarşılıqlı ittihamları fonunda irəli sürülüb. Kiyev və Moskva daha əvvəl bildirmişdilər ki, bu cür zərbələr dünya ərzaq qiymətlərinə mənfi təsir göstərə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər