İdman

Azərbaycan Kuboku: "Qarabağ" "Şamaxı" ilə, "Kəpəz" "Turan Tovuz"la üz-üzə gəlir

05 Feb 2026, 11:00 1 baxış
Azərbaycan Kuboku: "Qarabağ" "Şamaxı" ilə, "Kəpəz" "Turan Tovuz"la üz-üzə gəlir
Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına bu gün yekun vurulacaq. Oxu.Az xəbər verir ki, günün ilk matçında "Şamaxı" doğma meydanda "Qarabağ"ı qəbul edəcək. Matç Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. Cütün qalibi yarımfinalda "Sabah" - "Qəbələ" duelinin (ilk oyun - 0:0) güclüsü ilə görüşəcək. Günün növbəti oyununda isə "Turan Tovuz" və "Kəpəz" komandaları qarşı-qarşıya gələcək. Oyun saat 19:00-da "Azersun Arena"da təşkil olunacaq. Bu cütdə sevinən tərəf növbəti raundda "Sumqayıt" - "Zirə" qarşılaşmasının (ilk oyun - 0:0) qalibi ilə münasibətlərə aydınlıq gətirəcək Azərbaycan Kuboku 1/4 final 5 fevral 14:30. "Şamaxı" - "Qarabağ" Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov. VAR: Rauf Cabarov. AVAR: Emin Əliyev. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. Şamaxı şəhər stadionu/ 19:00. "Turan Tovuz" - "Kəpəz" Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov. VAR: Rəvan Həmzəzadə. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. "Azersun Arena"/ Qeyd edək ki, 1/4 final mərhələsinin cavab matçları martın 3-4-də baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər