İdman
BOK Olimpiadanın təxirə salınmasını nəzərdən keçirir
Beynəlxalq Olimpiya Komitəsi (BOK) qlobal istiləşmənin təsiri səbəbindən Qış Olimpiya Oyunlarının təxirə salınması imkanlarını araşdırır. Oxu.Az bildirir ki, "Associated Press" bu barədə BOK Komissiyasının sədri Karl Ştossun açıqlamasına istinadən məlumat yayıb. "Yəqin ki, biz həmçinin Qış Olimpiya Oyunlarının bir az daha tez - yanvar ayında keçirilməsini müzakirə edəcəyik, çünki bunun Paralimpiya Oyunlarına da təsiri var", - K.Ştoss deyib. O qeyd edib ki, 6-15 mart tarixlərində Milan və Kortina d Ampezzoda planlaşdırılan Paralimpiya Oyunlarının keçirilməsi çox gecdir, çünki hava artıq qarı əridəcək qədər istidir. Əsas Oyunların yanvar ayında, Paralimpiya Oyunlarının isə fevral ayında keçirilməsi ilə bağlı alternativ bir plan nəzərdən keçirilir. Qeyd edək ki, Olimpiadanın 6-22 fevral tarixlərində İtaliyanın Milan və Kortina d Ampezzo şəhərlərində keçirilməsi nəzərdə tutulmuşdu.
Mənbə
oxu.az