Şou biznes
Ferman Akgül: "Alim Qasımovla duet oxumaq ən böyük arzumdur"
"Azərbaycanlı sənətçilərlə musiqi ifa etmək mənim üçün həmişə arzu olub. Gələcəkdə Sevda Ələkbərzadə, Alim Qasımov və Azərbaycanın rok qrupları ilə yeni layihələr imzalamaq istəyərdim". Bu sözləri "MaNga" qrupunun aparıcı solisti Ferman Akgül Bakı konsertindən əvvəl Oxu.Az-ın sualını cavablandırarkən deyib.
Akgül Azərbaycanlı sənətçilərlə əməkdaşlığında və planlaşdırdığı işlərdən xüsusi olaraq bəhs edib. İfaçı 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Sevda Ələkbərzadə ilə birlikdə yaratdığı "Ulu Vətən" layihəsinin onun üçün çox xüsusi olduğunu vurğulayıb. Sevda Ələkbərzadənin səsinə heyranlığını bildirən Akgül: "Onun həqiqətən də heyrətamiz, çox güclü və çox xüsusi bir səsi var. Onunla başqa bir layihə yaratmaq istəyərdim", - deyə bildirib. Akgül həmçinin heyran olduğu muğam ustası Alim Qasımovu da xatırlayıb: "Möhtəşəm sənətkar, möhtəşəm bir səs. Belə bir səs dünyada çox nadirdir". Ferman Akgül Alim Qasımovla duet və ya birgə mahnı ifa etmək istədiyini bildirərək, belə bir layihənin onun üçün böyük arzu olduğunu deyib. Akgül həmçinin Azərbaycanın rok qrupları ilə əməkdaşlığa açıq olduğunu bildirib. Töhfə Səməd

Mənbə
oxu.az