Şou biznes
Freddi Merkurinin "gizli qızı" vəfat edib
"Queen" rok qrupunun solisti Freddi Merkurinin "Bibi" ləqəbi ilə tanınan nikahdankənar qızı 48 yaşında vəfat edib. Oxu.Az-ın "Daily Mail" nəşrinə istinadən xəbərinə görə, bu barədə qadının əri Tomas məlumat verib. Tomasın sözlərinə görə, Bibi uzun sürən nadir onkoloji xəstəlikdən sonra vəfat edib. O, xordoma xəstəliyindən əziyyət çəkirmiş. Bu şiş onurğa sütununun yaxınlığında əmələ gəlir və büzdüm sümüyündən kəllənin dibinə qədər istənilən yerdə yerləşə bilir. Bibinin doqquz və yeddi yaşlarında oğulları qalıb. Onun əsl adı məlum deyil. "Bi indi sevimli və onu sevən atası ilə düşüncələr dünyasındadır. Onun külü Alp dağlarına səpələnib", - deyə kişi bildirib. Xatırladaq ki, Bibi barəsində məqam musiqiçi Lesli-Enn Consun Merkurinin bioqrafiyasına dair yazdığı "Sevgi ilə, Freddi" adlı kitabdan məlum olub. Yazıçı müğənninin öz qızının doğumunu gizlətdiyini bəyan edib. Qız sevgi dolu ailədə böyüyüb, lakin əsl atasını tanımayıb. Eyni zamanda, Bibinin özü bildirib ki, musiqiçi onu çox sevib. "Yaxın dostuma çevrilmiş qadının itkisi məni sarsıdıb", - deyə Lesli-Enn Cons Bibinin ölümünü şərh edib.
Mənbə
oxu.az