Şou biznes

Türkiyədə saxlanılan Oktay Kaynarcadan ilk açıqlama

13 Jan 2026, 16:50 1 baxış
Türkiyədə saxlanılan Oktay Kaynarcadan ilk açıqlama
Türkiyədə saxlanılan məşhur türkiyəli aktyor, "Kurtlar vadisi", "Adanalı", "Kardeş payı" və "Ben bu cihana sığmazam" kimi seriallardakı rolları ilə tanınan Oktay Kaynarca ilk açıqlamasını verib. Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir. "Alnım açıq, başım dikdir", - deyə aktyor bildirib. Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotiklərə qarşı genişmiqyaslı əməliyyat çərçivəsində Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla altı nəfər saxlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər