Şou biznes

Kolumbiyalı müğənni təyyarə qəzasında həlak oldu

11 Jan 2026, 09:36 1 baxış
Kolumbiyalı müğənni təyyarə qəzasında həlak oldu
Pop müğənni Yeison Ximenes və onun musiqi qrupunun üzvləri Kolumbiyada şəxsi təyyarənin qəzaya uğraması nəticəsində həlak olublar.
Oxu.Az bu barədə "El Tiempo" nəşrinə istinadən xəbər verir. Təyyarə Paypa şəhərindən Medelyinə istiqamət alıbmış. Musiqiçilərin yanvarın 10-u axşam saatlarında orada çıxışı planlaşdırılırdı. Hadisə təyyarə havaya qalxdıqdan qısa müddət sonra La-Vereda-Romita kəndi ərazisində baş verib. Göyərtədə iki pilot daxil olmaqla ümumilikdə altı nəfər olub. Heç kim sağ qalmayıb. Kolumbiyalı ifaçı "Aventurero", "Ni Tengo Ni Necesito" və "El Mejor" kimi hitləri ilə geniş məşhurluq qazanmışdı.
{{gallery}}
Kolumbiyalı müğənni təyyarə qəzasında həlak oldu
Mənbə oxu.az

Oxşar Xəbərlər