Digər

Moskvada qar fırtınası: yollar bağlandı - Video

09 Jan 2026, 17:37 7 baxış
Moskvada qar fırtınası: yollar bağlandı - Video

Moskvada “Frensis” qar fırtınası şiddətlənib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.


Məlumata görə, güclü qar səbəbindən Moskva Dairəvi Avtomobil Yolunun bəzi hissələrində nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb:


“Tıxaclar getdikcə daha da pisləşir, sürücülər geri dönüb qarşıdakı zolaqla geri qayıtmalı olurlar. Hətta qar təmizləyən maşınlar belə qar yığınlarını təmizləyə bilmir. Həyətlər qar içindədir və təcili yardım maşınları tıxacda qalır. Sinoptiklər isə Balkan siklonunun paytaxt bölgəsində yanvarın 10-u səhər saatlarına qədər davam edəcəyini bildiriblər. Hər üç saatdan bir qarın qalınlığı 1,5-2,5 sm artacaq. Ötən gecə Moskva bölgəsində ən çox qar Kaşiraya (25-30 sm) düşüb. Fırtınaya baxmayaraq, paytaxt hava limanları gecikmə ilə olsa da, fəaliyyət göstərir”.

Mənbə axar.az

Oxşar Xəbərlər