Digər
Zelenski Kiyevdə ölən azərbaycanlıya görə başsağlığı verdi
Rusiyanın Kiyev vilayətinə zərbələri nəticəsində iki nəfər həlak olub.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski özünün Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya dünən gecə və bu gün Ukraynanın Kiyev, Xarkov, Odessa, Sum, Rovno, Jitomir, Vinnitsa, Dnepr, Xmelnitski və Zaporojye vilayətlərinə hücumlar edib.
“Hazırkı məlumata görə, onlarla insan xəsarət alıb. Təkcə Xarkova endirilən zərbə nəticəsində doqquzu uşaq olmaqla 28 nəfər yaralanıb.
Təəssüf ki, insan tələfatı da var. Kiyev vilayətində iki nəfər həlak olub. Onlardan biri Azərbaycan vətəndaşı idi. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - Zelenski bildirib.
Mənbə
axar.az