Dünya

Ermənistanda benzin və dizel yanacağı rekord həddə bahalaşıb - FOTO/VİDEO

28 Sep 2026, 11:54 2 baxış
Ermənistanda benzin və dizel yanacağı rekord həddə bahalaşıb - FOTO/VİDEO
Ermənistanda benzin və dizel yanacağının qiymətlərində növbəti dəfə artım qeydə alınıb və bu, faktiki olaraq yeni tarixi maksimum kimi dəyərləndirilir. Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, paytaxtda yerləşən yanacaqdoldurma məntəqələrində "Aİ-92" markalı benzinin bir litrinin orta satış qiyməti əvvəlki 580 dramdan 600 drama (1.66 dollar) yüksəlib.

"Premium" markalı benzin isə əlavə olaraq 20-30 dram bahalaşaraq hazırda 620-630 dram (1.7-1.73 dollar) səviyyəsində təklif edilir. Eyni dərəcədə bahalaşma dizel yanacağında da müşahidə olunur - onun mövcud qiyməti 710 drama (1.95 dollar) bərabərdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər