Digər

Misir də hücumla bağlı Bibiyə xəbərdarlıq edibmiş

28 Sep 2026, 11:35 2 baxış
Misir də hücumla bağlı Bibiyə xəbərdarlıq edibmiş

Misir HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumundan əvvəl İsrailə dəfələrlə xəbərdarlıq edib.


Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.


“O cümlədən, hücumdan cəmi bir neçə gün əvvəl Misirin kəşfiyyat rəhbəri Abbas Kamil İsrailin Baş naziri Benyamin Netanyahuya telefon zəngi edib.


Misir daha əvvəl, iyun və sentyabr aylarında da xəbərdarlıqlar etmişdi. Misir rəsmilərinin sözlərinə görə, xəbərdarlıqlar hücumdan təxminən 48 saat əvvələ qədər davam edib.


Netanyahu isə şəxsən əvvəlcədən xəbərdarlıq aldığını inkar edib və İsrailin təhlükəsizlik rəhbərlərinin ona lazımi qaydada xəbər vermədiyini bildirib”, - məlumatda vurğulanıb.


Qeyd edək ki, daha əvvəl də BƏƏ Prezidenti Məhəmməd bin Zayedin Netanyahuya birbaşa xəbərdarlıq etməsi barədə məlumat yayılmışdı.


Netanyahu isə bunu təkzib edərək, məlumatı yayan “Haaretz” qəzetini məhkəməyə verib.

Mənbə axar.az

Oxşar Xəbərlər