Dünya

ABŞ-də ad günü şənliyində atışma düşdü: 11 yeniyetmə yaralandı

28 Sep 2026, 11:46 2 baxış
ABŞ-də ad günü şənliyində atışma düşdü: 11 yeniyetmə yaralandı
ABŞ-nin Corciya ştatında ad günü məclisi zamanı kütləvi atışma baş verib. Oxu.Az-ın CBS telekanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Bildirilir ki, bir qızın ad gününü qeyd edən gənc və yeniyetmələr məclis üçün kirayəyə götürdükləri evdən kənarlaşdırılıblar. Bundan sonra onlar əyləncələrini yaxınlıqdakı parkda davam etdiriblər, lakin orada digər bir qrupla aralarında münaqişə yaranıb. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, gənclər parkda vaxt keçirərkən küçənin digər hissəsindən ikinci qrup gəlib və tərəflər arasında mübahisə yaranıb. Bunun ardınca onlar üzərlərindəki odlu silahlardan istifadə edərək qarşılıqlı atışmaya keçiblər. Polis sözçüsü əlavə edib ki, hadisə zamanı yaralananların hamısı yetkinlik yaşına çatmayan şəxslərdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər