İdman

Pol Poqba Azərbaycan millisinin futbolçusu ilə eyni klubda oynaya bilər

28 Sep 2026, 11:38 3 baxış
Pol Poqba Azərbaycan millisinin futbolçusu ilə eyni klubda oynaya bilər
Məşhur fransalı futbolçu Pol Poqba karyerasını Türkiyədə davam etdirə bilər. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Fotomaç" qəzeti məlumat yayıb. Məlumata görə, son olaraq "Monako"nun (Fransa) şərəfini qoruyan və hazırda azad agent statusunda olan 33 yaşlı yarımmüdafiəçi "Bursaspor"a təklif olunub. Xəbərdə bildirilir ki, məşhur futbolçu qış fasiləsinə qədər özünə klub tapmaq niyyətindədir. "Bursaspor" rəhbərliyinin ulduz oyunçunun keçidində maraqlı olduğu vurğulanır. Qeyd edək ki, təcrübəli yarımmüdafiəçisi dopinq cəzasına görə karyerasına uzun müddətlik fasilə verməyə məcbur olmuşdu. Cəza müddəti bitdikdən sonra - 2025-ci ilin yayında "Monako" ilə ikiillik müqavilə bağlayan Poqba, zədələr və az şans qazanması səbəbindən cəmi 6 qarşılaşmada meydana çıxa bilib. Fransa klubu 2026-cı ilin avqust ayında futbolçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv edib. Fransa millisinin sabiq üzvü karyerası boyunca "Mançester Yunayted" və "Yuventus" kimi nəhəng klublarda da çıxış edib. Xatırladaq ki, Türkiyənin sayca II liqasında mübarizə aparan "Bursaspor"da Azərbaycan millisinin futbolçusu Toral Bayramov da çıxış edir. Səkkiz turdan sonra 19 xal toplayan Bursa təmsilçisi turnir cədvəlinə başçılıq edir və Superliqaya vəsiqə qazanmağa iddialıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər