Siyasət
Kamran Əliyev: "Azad edilmiş ərazilərdə prokurorluğun fəaliyyəti tam təmin olunub"
"Azad olunmuş ərazilərdə prokurorluq orqanlarının fəaliyyəti tam təmin olunub". Oxu.Az-ın məlumatına görə, bunu bu gün 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, ötən dövr ərzində prokurorluq orqanları qarşısında Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş vəzifələrin icrası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib: "Peşəkar və layiqli kadrların vəzifədə irəli çəkilməsi təmin edilib, prokurorluq əməkdaşlarının maddi-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib, orqanların maddi-texniki bazası əsaslı şəkildə yenilənib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin bərpası təmin olunub".
Mənbə
oxu.az