İdman

"Mançester Siti" Antuan Semenyonun transferini rəsmən açıqladı

09 Jan 2026, 14:56 1 baxış
"Mançester Siti" Antuan Semenyonun transferini rəsmən açıqladı
"Mançester Siti" "Bornmut" klubundan gənc hücumameyilli yarımmüdafiəçi Antuan Semenyonu transfer edib. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə beş il yarımlıq müqavilə imzalanıb. Qanalı vinger 2031-ci ilin yayına qədər "şəhərlilər"in heyətində çıxış edəcək. Qeyd edək ki, karyerası ərzində "Bristol Siti", "Bat Siti", "Nyuport Kaunti" və "Sanderlend" kimi klublarda çıxış etmiş A.Semenyo 2022/23 mövsümündə "Bornmut"a keçib. O, Premyer Liqa təmsilçisinin heyətində 110 oyunda 32 qol və 13 asistlə yadda qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər