İdman

"Turan Tovuz"un Türkiyədəki yoxlama görüşlərindən biri LƏĞV EDİLDİ

09 Jan 2026, 13:28 1 baxış
"Turan Tovuz"un Türkiyədəki yoxlama görüşlərindən biri LƏĞV EDİLDİ
"Turan Tovuz" futbol klubunun Rumıniya təmsilçisi "Hermanştadt"la nəzərdə tutulan yoxlama oyunu ləğv olunub. Oxu.Az-ın məlumatına görə, yoxlama oyununun sabah keçirilməsi nəzərdə tutulurdu. Oyunun hansı səbəbdən ləğv edildiyi bildirilməyib. Qeyd edək ki, komanda yanvarın 4-də Türkiyəyə yola düşüb. Antalyanın Belek bölgəsində məskunlaşan Tovuz təmsilçisi Türkiyə toplanışını yanvarın 18-dək davam etdirəcək. Baş məşqçi Kurban Berdıyevin toplanış çərçivəsində iki yoxlama görüşündə komandanı sınaqdan keçirəcəyi gözlənilirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər